Modern.az

Zaqatalada avtomobil yandı

Zaqatalada avtomobil yandı

Aktual

25 İyul 2020, 21:21

Zaqatala rayonunda yük avtomobili yanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 20:10 radələrində rayonun Çökəkoba kənd sakini Elvin Sabir oğlu Kərimovun yaşadığı evin həyətyanı sahəsində qeydə alınıb.

 

Ərazidə yenicə park edilmiş E.Kərimova məxsus “QAZel” markalı yük avtomobilində qəfildən alovlanma başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində yük maşınının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

 

Faktla bağlı araşdırma aparılır. (APA)

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV