Modern.az

Paşinyan Türkmənistanda İlham Əliyevlə görüşəcək

Paşinyan Türkmənistanda İlham Əliyevlə görüşəcək

Aktual

Bu gün, 11:22

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının olacağını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bunu hökumətdə keçirilən brifinqdə deyib.

“Format elədir ki, həm Rusiya prezidenti, həm də Azərbaycan prezidenti ilə mütləq təmaslar olacaq. Bu gün də, sabah da eyni məkanda olacağıq”, – deyə o qeyd edib.

Paşinyan hər iki prezidentlə rəsmi görüşlərin nəzərdə tutulmadığını da bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi