Tacikistan Azərbaycanın C6 formatına sədrliyini dəstəkləməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib.
O qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlığa keçmək üçün potensiala malikdir.
Rəhmonun sözlərinə görə, Tacikistan Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycanı Avropa bazarları ilə birləşdirən multimodal nəqliyyat marşrutlarının inkişafına da böyük əhəmiyyət verir.