Modern.az

Beyrutdakı partlayışa görə saxlanılanların sayı 19-a çatdı  

Beyrutdakı partlayışa görə saxlanılanların sayı 19-a çatdı  

Aktual

15 Avqust 2020, 00:23

Livanın paytaxtı Beyrutda baş verən partlayışda təqsirli bilinən 25 nəfərə cinayət işi açılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Həsən Uveydat açıqlama verib.

Onun sözlərinə görə, onlardan 19-u həbs edilib. Tutulanlar arasında limanın direktoru Həsən Kreytem və gömrük xidmətinin baş direktoru Badri Daher, həmçinin gömrük xidmətinin keçmiş baş direktoru Şafik Mari də var.

Qeyd edək ki, avqustun 4-də baş verən partlayış nəticəsində 6 minə yaxın insan xəsarət alıb, 170 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada