Türkiyədə son sutka ərzində daha 21 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 955 nəfərə çatıb:
"Bu gün ölkədə 65 214 şübhəli koronavirus testindən keçib, onlardan 1256-nın cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 248 117 nəfərə çatıb. Müalicə olunan 992 xəstə isə bu gün evə buraxılıb. Bununla ölkədə koronavirusdan sağalanların sayı 229 972 nəfərə çatıb".