Modern.az

Masallıda ağır qəza: 2 ölü, 2 yaralı

Masallıda ağır qəza: 2 ölü, 2 yaralı

Aktual

16 Avqust 2020, 00:29

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, qəza Sənaye Məhəlləsinin qarşısından keçən yolda qeydə alınıb.

"KamAZ" markalı avtomobil digər eynimarkalı yük maşınının yedəyini dartan zaman "VAZ 21011" markalı avtomobil ötmə əməliyyatı edərkən qəza baş verib. Minik maşını yedəyə ilişib. Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, 2 nəfər isə yaralanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyəti daha ağırdır. Vəfat edənlər isə aidiyyəti üzrə təhvil verilib.

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada