Modern.az

Samuxda mikroavtobus aşdı, 11 yaralı varSİYAHI

Samuxda mikroavtobus aşdı, 11 yaralı var - SİYAHI

Aktual

16 Avqust 2020, 08:58

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.

 

Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən eşşək arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.


Xəsarət alan şəxslərin kimliyi müyyən edilib:

 

1. Məmmədova Aynur Əli qızı - Hacallı kənd sakini 

2. Əliyeva Nübar Sanil qızı - Hacallı kənd sakini

3. Allahverdiyeva Yeganə Çərkəz qızı - Hacallı kənd sakini

4. Abdulayeva Nahilə Bakir qızı - Füzuli kənd sakini

5. Hüseynova Hüsniyə Sabir qızı - Füzuli kənd sakini

6. Məmmədova Sucayyət  Yusif qızı - Hacallı kənd sakini

7. Orucov Rəşad Vidadi oğlu

8. Məhərrəmova Təzəgül Eyvaz qızı - Hacallı kənd sakini

9. Quliyeva Şəhla Abbas qızı - Füzuli kənd sakini

10. Qurbanova Mehriban Yusif qızı - Hacallı kənd sakini

11. Səlimova Ceyran Sabir qızı - Hacallı kənd sakini

 

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. 

 

Hadisə yerinş hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada