Modern.az

Şabranda “Mercedes” ağaca çırpıldı - 2 ölü

Şabranda “Mercedes” ağaca çırpıldı - 2 ölü

Aktual

16 Avqust 2020, 10:01

Şabranda “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran rayonunun Aygünlü kəndində “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri