Modern.az

"Qafqazinfo" 10 yaşında 

Aktual

16 Avqust 2020, 10:59

Bu gün “Qafqazinfo” Xəbər Portalının yaranmasının 10 ili tamam olur.

 

Modern.az xəbər verir ki, ən çox oxunan və istinad edilən saytlardan olan “Qafqazinfo” inkişaf edərək hər il oxucu kütləsini və sıralarını genişləndirir.

 

Hazırda xəbər portalının 23 rəsmi əməkdaşı var. Bundan başqa, ölkənin digər rayonlarında baş verən xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də fəaliyyət göstərir. 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.

 

Gün ərzində sayta 150-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. Xəbər portalı sosial şəbəkələrdə də aktivliyini qoruyub saxlayır. Həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada