Modern.az

Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət etdi  

Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət etdi  

Aktual

16 Avqust 2020, 14:10

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada