Modern.az

Şabranda 7 hektar sahədə yanğın 

Şabranda 7 hektar sahədə yanğın 

Aktual

16 Avqust 2020, 16:08

Şabran rayonunda yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

 

 Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada