Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 974 nəfərə çatıb:
"Bu gün ölkədə 65 956 şübhəli koronavirus testindən keçib, onlardan 1 192-nin cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 249 309 nəfərə çatıb. Müalicə olunan 997 xəstə isə bu gün evə buraxılıb".