Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniyanın köklü klublarından “Sevilya” İngiltərə nəhəngi “Mançester Yunayted”lə üz-üzə gələcək.
Modern.az xəbər verir ki, Almaniyanın Köln şəhərindəki “Reyn Enerji” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda sabah İtaliyanın “İnter” klubu ilə Ukrayna “Şaxtyor”u qarşılaşacaq.