Modern.az

Qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldı

Qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldı

Aktual

20 Avqust 2020, 09:30

Bakıda velosiped oğruları yaxalanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu Binə qəsəbəsində yaşayan Ə.Qasımov polisə müraciət edərək özünə məxsus velosipedin oğurlandığını bildirib.

 

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedi oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Akif Xasıyev və qardaşı Amin saxlanılıblar. Saxlanılan şəxslər hadisəni törətdiyini etiraf ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...