Modern.az

Azərbaycan 2 pillə gerilədi UEFA reytinqində

Azərbaycan 2 pillə gerilədi UEFA reytinqində

Aktual

20 Avqust 2020, 09:00

Çempionlar Liqasının I təsnifat mərhələsinin dünən keçirilən oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, baş tutan 11 görüş Azərbaycanın mövqeyini itirməsinə səbəb olub.

 

“Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) sayəsində 24-cü yerə yüksələn ölkəmiz 2 pillə geriləyib. Buna Norveç və Rumıniya klublarının qələbə qazanması səbəb olub. Həmçinin 23-cü yerdəki Bolqarıstan da xal ehtiyatını artırıb.

Cari mövsümdə 0,375, son 5 mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan hazırda 26-cı pillədə qərarlaşır.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə Paşinyandan bir