Modern.az

Deputat Tovuz döyüşlərində şəhid olan əsgərin məzarını ziyarət edib

Deputat Tovuz döyüşlərində şəhid olan əsgərin məzarını ziyarət edib

Aktual

21 Avqust 2020, 12:14

İyulun 12-də Ermənitanın təxribatı nəticəsində Tovuzla sərhəddə gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgəri Xəyyam Daşdəmirovun bu gün qırx mərasimidir. Şəhidimiz İsmayıllı rayonunun Balik kəndində dəfn olunub.

 

Modern.az xəbər verir ki, millət vəkili Novruz Aslanov bu gün avqustun 21-də şəhəd Xəyyam Daşdəmirovun məzarını ziyarət etmək məqsədilə İsmayıllı rayonunun Balik kəndinə gedib. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Tahir Kərimli və şəhidin ailə üzvləri ilə birgə şəhidin məzarı üzərinə gül çələngləri qoyulub, ruhuna dualar oxunub.

 

Şəhidin ailə üzvləri ilə söhbət zamanı Novruz Aslanov vətən uğrunda həlak olan şəhidlərimizə dövlət tərəfindən dərin ehtirımın göstərildiyini bildirmiş, şəhid ailələrinin sosial təminat məsələlərinə diqqətlə yanaşıldığını vurğulamışdır. Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi Dövlət başçısının nəzarətindədir və belə ailələr dövlətin qayğısı ilə əhatə olunublar- deyən millət vəkili şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə Paşinyandan bir