Cənubi Koreyanın “BTS” adlı pop-qrupunun “Dynamite” kompozisiyasına çəkilmiş yeni klipi “YouTube”da səkkiz saat ərzində 50 milyon baxış yığaraq rekord vurub. Musiqili video, həmçinin 5,6 milyon layk toplayıb.
Modern.az xəbər verir ki, “Dynamite” Cənubi Koreya boyzbendinin (oğlanlar qrupu) bütünlüklə ingilis dilində yazdığı ilk kompozisiyadır. Əyləncəli gecədən bəhs edən treki “Rolling Stone” jurnalı “yayın mahnısı”na namizəd adlandırıb. Amerikanın “Forbes” jurnalı isə mahnının “YouTube” tarixində ən böyük premyeranın rekordunu üstələdiyini yazıb.
Yeddi oğlandan ibarət “BTS” Cənubi Koreya qrupu 2013-cü ildən fəaliyyət göstərir.