Modern.az

Balakəndə çayda köməksiz qalan şəxs xilas edildi

Balakəndə çayda köməksiz qalan şəxs xilas edildi

Aktual

23 Avqust 2020, 14:51

Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.

 

Modern.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

 

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinə Paşinyandan bir