Modern.az

Rektor qalmaqallı toyda iştirak etməyib

Rektor qalmaqallı toyda iştirak etməyib

Aktual

23 Avqust 2020, 20:34

Bakı Dövlət Universiteti (BDU) rektor Elçin Babayevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BDU-dan Modern.az-a verilən məlumatda deyilir:

"Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya Universitetin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir. Əlavə olaraq bildirirk ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq".

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə Paşinyandan bir