Belarusun paytaxtı Minskdə müxalifət tərəfdarları prezidentin iqamətgahının ətrafına toplaşdıqdan sonra Aleksandr Lukaşenko silahlı oraya gəlib.
Modern.az xəbər verir ki, Lukaşenko helikopterlə iqamətgahına gəlib.
Teleqram kanallarından birinin yaydığı məlumata görə, Lukaşenko əlində avtomatla helikopterdən enib.
Onu mühafizəçiləri müşayiət edib.