Modern.az

Allahşükür Paşazadə II Fəxri Xiyabanda şəhidlərimizi yad etdi - FOTO

Allahşükür Paşazadə II Fəxri Xiyabanda şəhidlərimizi yad etdi - FOTO

Aktual

23 Avqust 2020, 21:46

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə II Fəxri Xiyabanda şəhidlərimizin məzarını ziyarət edib.

 

QMİ-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr və Dağ yəhudiləri dini icmasının başçısı Melix Yevdayev, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olub.  

Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında bütün Vətən şəhidlərimizin ruhları üçün Quran oxunub, Allahdan rəhmət dilənib və  məzarlarına tər çiçəklər düzülüb.





Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir