Modern.az

Gürcüstanda mikroavtobus uçuruma yuvarlandı: 12 ölü

Gürcüstanda mikroavtobus uçuruma yuvarlandı: 12 ölü

Aktual

23 Avqust 2020, 23:47

Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!