Güclü leysan yağışları Goranboy rayonunda təsərrüfatlara ziyan vurub.
Goranboy Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə avqustun 23-də yağan güclü leysan yağışın nəticəsində yaranmış sel suları rayonunun 5 yaşayış məntəqəsində təsərrüfatlara, o cümlədən 25 fərdi yaşayış evlərinə və 4 hektar pambıq, 27 hektar yonca və 60 hektar şum - əkin sahələrinə ciddi ziyan vurmuş, 8 yaşayış məntəqəsində 3789 abonentə elektrik enerjisinin verlişində fasilələr yaranıb.
Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının üzvləri yaranmış vəziyyətlə bağlı, dərhal ərazilərdə olub, fəsadın aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görüblər. Gün ərzində 8 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilib.