Modern.az

Sərnişinlərin nəzərinə - bu avtobusun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin nəzərinə - bu avtobusun hərəkət sxemi dəyişdirildi

Aktual

24 Avqust 2020, 10:25

Bakıda yolda aparılan təmir səbəbindən 24 saylı avtobusun hərəkət sxemi dəyişdirilir.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

 

"Bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz - A.Nemətulla - Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib".

Sizə yeni x var
Keçid et
Putinə Paşinyandan bir