Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.
Modern.az xəbər verir ki, əməliyyat vəzifəli şəxslərin korrupsiya hərəkətləri ilə bağlıdır. Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Baş Prokurorluq bildirib ki, Gəncə şəhərində keçirilən əməliyyatla bağlı yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək