Modern.az

İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT

İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT

Aktual

24 Avqust 2020, 15:20

Kürdəmir Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

 

Modern.az Report-a istinadən xəbər verir ki, Daxili İşlər naziri  Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Anar Əliyev Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

 

A.Əliyev buna qədər Saatlı RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.

 

Qeyd edək ki, Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polovnik-leytenant Səfər Nuriyev bir müddət əvvəl DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə rəis müavini təyin edilib.

Sizə yeni x var
Keçid et
Putinə Paşinyandan bir