Modern.az

İlham Əliyev Gürcüstanlı həmkarına başsağlığı verdi

İlham Əliyev Gürcüstanlı həmkarına başsağlığı verdi

Aktual

24 Avqust 2020, 16:44

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı ünvanlayıb.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:


“Hörmətli xanım Prezident,

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə Paşinyandan bir