Türkiyədə son sutka ərzində daha 24 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 163 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən 98 231 nəfər keçib, onlardan 1 502-nin cavabı pozitiv çıxıb.
Müalicə olunan 887 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 238 795 nəfər təşkil edir".