Modern.az

Rusiyanın bu vilayətləri Qulinin qardaşının nəzarətinə keçir

Rusiyanın bu vilayətləri Qulinin qardaşının nəzarətinə keçir

Aktual

26 Avqust 2020, 14:56

Rusiyanın Ural regionundakı əksər bazar və topdansatış məntəqələrinə bir qədər əvvəl qətlə yetirilən "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun qardaşı nəzarət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sverdlovsk, Çelyabinsk, Perm, Kurqan və regionun digər vilayət və şəhərlərindəki adıgedən ticarət məkanları "Quli"nin qardaşı Namiq Bakinskinin nəzarətinə keçəcək və ona xərac veriləcək.

 

Yazılanlara görə, hazırda Namiq Bakinskinin nəzarətindən kənarda qala biləcək yeganə bazar, Yekaterinburqda yerləşən 4 saylı meyvə-tərəvəz bazasıdır. Bu bazaya 4 il əvvəl qətlə yetirilmiş Rövşən Lənkəranski və hazırda həbsdə olan “Şakro Molodoy”un adamları da iddialıdır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV