Modern.az

Qanunsuz ov edənlər cəzalandırıldı

Qanunsuz ov edənlər cəzalandırıldı

Aktual

26 Avqust 2020, 15:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Bunu Modern.az-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib:

 

“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov olduğu məlum olub, onlardan ov tüfəngləri və patron götürülüb.

 

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV