Modern.az

ABŞ-dan Çinə qarşı yeni sanksiya

ABŞ-dan Çinə qarşı yeni sanksiya

Aktual

26 Avqust 2020, 20:56

ABŞ Çin hökumətinin Cənubi Çin dənizindəki ərazi iddialarını həyata keçirməkdə istifadə etdiyi 24 dövlət şirkətinə və onların rəhbər şəxslərinə qarşı viza və ixracat məhdudiyyətləri tətbiq edib.

Modern.az xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi açıqlamasında həmin şirkətlərin Çinin bölgədəki “mübahisəli əraziləri ələ keçirərək silahlandırmaq” fəaliyyətlərinə kömək etdikləri bildirilir.

ABŞ-ın ticarət naziri Uilbur Ross bəyanatda qeyd edib ki, ölkəsi Çinin qonşuları və beynəlxalq birlik Çinin Cənubi Çin dənizinə iddialarına qarşı çıxır: “Çin hərbisi üçün süni adalar tikintisini pisləyir. Çin tərəfindən bu adaların təxribatçı tikintisində həmin qurumların əsaslı rolu müəyyənləşdirilib və onlar cavabdeh hesab olunmalıdır”.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV