Modern.az

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Naftalanda reyd keçirib

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Naftalanda reyd keçirib

Aktual

10 Sentyabr 2020, 14:30

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri şəhərin ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində növbəti dəfə reyd keçirib.

 

Modern.az xəbər verir ki, reyd keçirilən obyektlərdə infeksiyanın yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsi, sosial məsafənin qorunması və gigiyena qaydalarına düzgün əməl olunması vəziyyəti yoxlanılıb.

 

Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV