Modern.az

Apellyasiya Məhkəməsində şüşə kabinlər quraşdırılır

Apellyasiya Məhkəməsində şüşə kabinlər quraşdırılır

Aktual

10 Sentyabr 2020, 17:02

Bakı Apellyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

 

Modern.az xəbər verir ki, bunu vəkil Cavad Cavadov özünün "Facebook" səhifəsində məlumat paylaşıb. 

Vəkil qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

 

C.Cavadov deyib ki, Avropa İnsan Hüqüqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV