Modern.az

XİN-nin sabiq şöbə rəisi hakim qarşısına çıxarıldı

XİN-nin sabiq şöbə rəisi hakim qarşısına çıxarıldı

Aktual

10 Sentyabr 2020, 17:20

Xarici İşlər Nazirliyinin keçmiş Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunan Nurupaşa Abdullayev məhkəməyə gətirilib.

 

Modern.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində N. Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılır. Prosesə hakim İlkin Rüstəmli sədrlik edir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV