Modern.az

Külək 3 nəfərin ölümünə səbəb oldu

Külək 3 nəfərin ölümünə səbəb oldu

Aktual

10 Sentyabr 2020, 22:57

Şri-Lankada son üç gündür müşahidə edilən güclü yağış və külək 3 nəfərin ölümünə səbəb olub.

Modern.az xəbər verir ki, təbiət hadisələri 50 mindən çox sakinə mənfi təsir edib. Şri-Lankanın Fövqəladə Halların İdarəedilməsi Mərkəzinin məlumatına əsasən, ölüm halları paytaxt Kolombo, habelə Ratnapura və Qampaha şəhərlərində qeydə alınıb. Ölkədə 40 ev tamamilə, 700 ev isə qismən dağılıb, 400 nəfər təxliyə edilib. Hava pisləşəcəyi təqdirdə riskli zonalarda yaşayan sakinlərin təxliyəsi nəzərdə tutulub.

Meteorologiya Departamenti qarşıdakı bir neçə gündə yağışlı və küləkli hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV