Modern.az

Bakıda gənc qonşusunu bıçaqladı

Bakıda gənc qonşusunu bıçaqladı

Aktual

11 Sentyabr 2020, 00:22

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə Böyük Şor qəsəbəsi, “Daş Karxanası” ünvanında baş verib. 1995-ci il təvəllüdlü Səfərov Nurlan Vüqar oğlu kirayə götürdüyü mənzildə qonşusu ilə əlbəyaxa dava edib.


Dava zamanı N.Səfərova çoxsaylı bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?