Modern.az

Keçmiş baş həkimin və təhsil şöbəsi müdirinin həbs müddəti uzadıldı

Keçmiş baş həkimin və təhsil şöbəsi müdirinin həbs müddəti uzadıldı

Aktual

11 Sentyabr 2020, 12:18

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

 

Modern.az-ın məlumatına görə, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmənin qərarı ilə T.Zahidovun barəsində olan həbs qətimkan tədbirinin müddəti artırılıb.

 

Qeyd edək ki, T.Zahidov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

 

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

 

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Təhsil Şöbəsinin sabiq müdiri Əjdər Kərimovun barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata da baxılıb.

 

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmənin qərarı ilə Ə.Kərimovun barəsində olan həbs qəti imkan tədbirinin müddəti artırılıb.

 

Qeyd edək ki, Ə.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

 

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV