Modern.az

Goranboyda Olimpiya-İdman Kompleksi tikilir-FOTO

Goranboyda Olimpiya-İdman Kompleksi tikilir-FOTO

Aktual

11 Sentyabr 2020, 13:38

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri surətlə davam etdirilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər  Olimpiya-İdman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşüb.

 

İcra Başçısı  tikinti işlərinin surətlə və keyfiyyətlə aparılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.

 

Hazırda burada aparılan tikinti işlərinə 130 nəfər işçi qüvvəsi cəlb edilmişdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?