Modern.az

Qəbul imtahanlarında eyni bal toplayan bacılar: “Bir universitetdə oxumaq istərdik”

Qəbul imtahanlarında eyni bal toplayan bacılar: “Bir universitetdə oxumaq istərdik”

Aktual

11 Sentyabr 2020, 15:32

Bu il ali məktəbə imtahan verən iki bacı gündəmi zəbt edib. Məsələnin maraqlı tərəfi bacıların əkiz olduğu və hər ikisinin qəbul imtahanlarından eyni bal toplaması ilə bağlı iddialardır.

 

Əkiz olduqları iddia edilən bacılardan biri – 2003-cü il təvəllüdlü Nuranə Əhmədova və 2004-cü il təvəllüdlü Aynurə Əhmədovadır. 

 

Modern.az ali məktəbə qəbul imtahanlarından eyni bal toplayan bacıların açıqlamasını təqdim edir:

 

Birinci ixtisas qrupu üzrə imtahan verən Nuranə Əhmədova deyir ki, bacısı ilə eyni məktəbə gedib:

 

“Kürdəmir rayonu Şilyan kənd orta məktəbini bitirmişik. Nənəm fizika müəlliməsi olduğu üçün dərslərimizə köməklik göstərirdi. Orta məktəbi yaxşı qiymətlərlə bitirmişik. Pedaqoji Universitetin “Riyaziyyat və informatika” fakültəsini seçmək istərdim”.

 

Bacılardan Aynurə Əhmədova isə ikinci ixtisas qrupu üzrə imtahan verib. Onun arzusu isə tarix-coğrafiya müəllimi olmaqdır:

 

“Bacımla eyni orta məktəbdə təhsil almışıq. İstəyirik ki, eyni ali təhsil müəssisəsində də təhsilimizi davam etdirək. Seçimim Azərbaycan Dövlət Pedaqoji Universiteti olacaq”.

 

Bacılar deyir ki, onlar əkiz deyillər:

 

“Bu barədə kim yazıb bilmirik, amma biz əkiz deyilik. Aramızda bir yaş fərq var. Şəkillərə də baxsaz görərsiz ki, qətiyyən bənzəmirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV