Modern.az

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat etdi

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat etdi

Aktual

4 Noyabr 2020, 13:20

Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.

 

AzTU-dan Modern.az-a verilən məlumata görə, Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

 

Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

 

Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu