Modern.az

Erməni lobbisinin Fransanın “TF1” telekanalına qarşı təhqirlərini pisləyirik - Prezidentin köməkçisi

Erməni lobbisinin Fransanın “TF1” telekanalına qarşı təhqirlərini pisləyirik - Prezidentin köməkçisi

Aktual

4 Noyabr 2020, 18:45

“TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik.

 

Modern.az-ın  məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

 

Prezidentin köməkçisi bildirib: "Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu