Modern.az

“Burada kilsələrin dağıdılması hallarına rast gəlməmişəm” - Erməni pastor

“Burada kilsələrin dağıdılması hallarına rast gəlməmişəm” - Erməni pastor

Aktual

6 Noyabr 2020, 12:38

“Mən Azərbaycan tərəfindən heç bir dini obyektlərin, kilsələrin dağıdılması hallarına rast gəlməmişəm”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç deyib. O, hesab edir ki, Şuşa və digər yerlərdəki müqəddəs yerlər döyüş yerlərinə çevrilməməlidir:

 

“Həmin yerlərdə imanlı insanlar olurlar və öz Allahlarına dua edirlər. Müqəddəs yerlər müqəddəs olaraq da saxlanılmalıdır. Həmin yerlərin pis vəziyyətə gətirməsinə çox pis baxıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...