Modern.az

Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri xəstəxanalıq oldu  

Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri xəstəxanalıq oldu  

Aktual

12 Noyabr 2020, 00:25

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan xəstəxanalıq olub. 

 

Modern.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, infarkt diaqnozu ilə Nork kardiologiya mərkəzinə çatdırılıb. 

 

Bəzi mənbələrə görə, onun səhhəti ölkədə baş verən qarşıdurmalar və Ermənistanın Qarabağ müharibəsində məğlub olması səbəbindən pisləşib.

 

Qeyd edək ki, A.Abazyan noyabrın 8-də bu vəzifəyə təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu