Modern.az

“Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq” - Çavuşoğlu

“Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq” - Çavuşoğlu

Aktual

12 Noyabr 2020, 10:49

“Atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycan torpaqlarında Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yerləşəcək”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

M.Çavuşoğlu deyib ki, başda ev sahibi Azərbaycan olmaqla, Türkiyə və Rusiya atəşkəsə nəzarət mərkəzi və şöbələrinin harada yerləşməsinin məqsədəuyğun olduğu müzakirə ediləcək və qərar veriləcək: “Qarabağdan söhbət gedirsə, buraların hamısı Azərbaycan ərazisidir. Azərbaycan ərazisi olduğu üçün ev sahibinin də hüququna hörmək edilərək, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın lazım bildiyi yerlərdə olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu