Modern.az

Şuşa Polis Şöbəsi şəhərin özünə köçürülüb - komendant təyin olunub

Şuşa Polis Şöbəsi şəhərin özünə köçürülüb - komendant təyin olunub

Aktual

12 Noyabr 2020, 13:42

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, həmin ərazilərdə polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

 

Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə başlanılıb.

 

O cümlədən noyabrın 8-də erməni işğalından azad edilən Şuşa şəhərində də xüsusi idarəetməni Polis Şöbəsi həyata keçirəcək və polis rəisi hərbi komendant vəzifəsini icra edəcək.

Sizə yeni x var
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı