Modern.az

Suriyada fəhlələri aparan avtobus minaya düşdü

Suriyada fəhlələri aparan avtobus minaya düşdü

Aktual

15 Noyabr 2020, 08:18

Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələbin qərbindəki Minyan qəsəbəsində fəhlələri daşıyan avtobus minaya düşüb.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə hökumət telekanalı “Syria” polisdəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, insident zamanı azı bir suriyalı ölüb. Daha bir neçə nəfər yaralanıb, hamısı təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Zərərçəkənlər yerli mişar zavodunda çalışırmışlar.

 

Bildirilir ki, partlayıcı qurğu ərazidə vaxtilə mövcud olan terrorçular tərəfindən quraşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu