Modern.az

UEFA Millətlər Liqasının oyununu ləğv etdi

UEFA Millətlər Liqasının oyununu ləğv etdi

Aktual

15 Noyabr 2020, 15:51

Millətlər Liqasının Rumıniya – Norveç oyunu baş tutmayacaq.

Modern.az-ın məlumatına görə, bu barədə qərarı UEFA verib.



Qurum buğun keçirilməli olan qarşılaşmanı ləğv edib. Görüşlə bağlı məsələ UEFA-nın Nəzarət, Etika və İntizam orqanına verilib. Bu komitə İcraiyyə Komitəsinin avqustun 29-da çıxardığı milli komandaların oyunlarına tətbiq olunan xüsusi qərara əsasən addım atacaq.



Qeyd edək ki, matçın baş tutmaması qonaqların oyuna yollanmaması ilə bağlıdır. Bir müddət əvvəl futbolçuların birində koronavirus aşkarlandığından bütün komanda karantinə alınıb. Bu səbəbdən də Norveç Futbol Federasiyası səhiyyə nazirliyinə müraciət edib və sonuncular komandanın ölkə xaricinə çıxmasına qadağa qoyub. Skandinaviyalıların üç gün sonra Avstriya ilə keçirəcəyi matçın taleyinə isə hələ aydınlıq gəlməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu