Modern.az

Ermənistan ombudsmanı: “Paşinyan vətəndaş qarşıdurmasına çağırır”

Ermənistan ombudsmanı: “Paşinyan vətəndaş qarşıdurmasına çağırır”

Aktual

16 Noyabr 2020, 08:24

Ermənistanın ombudsmanı Arman Tatoyan ölkənin baş naziri Nikol Paşinyanın son açıqlamasını təhlükəli adlandırıb. 

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tatoyan bununla bağlı “Facebook” hesabında fikirlərini bölüşüb. 

 

“Baş nazirin cəbhədəki hərbçilərə etdiyi çağırışı təhlükəlidir. Bu, vətəndaş qarşıdurmasına çağırışdır”, - deyə o bildirib. 

 

Qeyd edək ki, Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı