Modern.az

Güclü yağış Xaçmazda fəsadlar yaratdı - VİDEO  

Güclü yağış Xaçmazda fəsadlar yaratdı - VİDEO  

Aktual

16 Noyabr 2020, 18:41

Axşam saatlarında Xaçmaz rayonuna leysan xarakterli güclü yağış yağıb.

 

Modern.az xəbər verir ki, rayon FHK-nın sədri, İH başçısının müavini Bəxtiyar Osmanovun verdiyi məlumata görə, güclü yağış rayon mərkəzində və bir neçə yaşayış mərkəzində evlərin zirzəmilərini və həyətləri basıb. Rayona elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

 

Bəxtiyar Osmanovun verdiyi məlumata görə, ən azı 100-dən çox evi su basıb. Dəyən ziyanın həcmi genişlənə bilər. Fəsadların aradan qaldırılmasına başlanılıb. Güclü yağış davam edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu