Modern.az

100 mindən çox insan işıqsız qaldı

100 mindən çox insan işıqsız qaldı

Aktual

16 Noyabr 2020, 21:14

Kanadada güclü külək səbəbindən 100 mindən çox insan elektrik enerjisiz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

 

Bildirilib ki, Kanadanın Ontario vilayətinin cənub hissəsində baş verib.

 

Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti bəzi yerlərdə 100 km/saatı (28 m/s) keçib. Nəticədə bölgədə yüzlərlə ağac aşıb, elektrik xətləri zədələnib, bir çox evlərin damları uçub.

 

Xəsarət alanlar barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!